Millinin baş məşqçisi qovuldu
Ektor Kuper Konqo Demakratik Respublikası millisinin baş məşqçisi postundan istefaya göndərilib.
Sportline.az xəbər verir ki, buna komandanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində zəif çıxışı səbəb olub.
“Bəbirlər” qrupdakı ilk iki oyunda Qabona (0:1) və Sudana (1:2) məğlub olduqdan sonra ölkənin idman nazirliyi Kuperlə müqaviləyə xitam verməyi qərara alıb.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2021-ci ilin may ayından Konqo millisini çalışdırırdı.