Millinin heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Sportline.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev ("Neftçi İK"), Cavad Məmmədov ("Baku Fire")

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi "Neftçi İK"), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı "Araz-Naxçıvan"), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə (U-19)

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.