Millinin oyunlarını buraxacaq

İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Fil Foden koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçidən götürülən tes nümunələrinin cavabları müsbət çıxıb .O, Millətlər Liqasının Macarıstan və Almaniya ilə səfər oyunlarını buraxacaq.  .

Qeyd edək ki, İngiltərə yığması Macarıstanla bu gün, Almaniya ilə isə iyunun 7-si qarşılaşacaq.