Millinin oyunlarının təqvimi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandamızın Avroliqa-2022 turnirinin təsnifat mərhələsindəki oyunlarının təqvimi məlum olub.

Sportline.az xəbər verir ki, A Divizionunda yer alan millimiz iyulun 1-də İtaliyaya qarşı oynayacaq. Matç Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Bir gün sonra isə Azərbaycan seçməsi Almaniya ilə qarşılaşacaq. Bu görüş isə 15:30-da başlanacaq. Milli komanda 3-cü oyununda isə İspaniyanı sınağa çəkəcək. İyulun 3-də keçiriləcək qarşılaşma da saat 15:30-dadı.

​Təsnifat mərhələsinin oyunları Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq. Qrupda ilk 2 yerin sahibi yarımfinala adlayacaq.