Millinin qapıçısı "Arsenal"da
"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, London təmsilçisi "Nyu İnqlend" klubundan Mett Törneri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Törner ABŞ millisinin də üzvüdür.