Millinin sabiq üzvü aşağı liqa klubunda

Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenko "Tekstilşik" komandasını çalışdıracaq.

Sportline.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb.

47 yaşlı mütəxəssislə anlaşmanın müddəti açıqlanmır.

Qeyd edək ki, "Tekstilşik" Rusiyanın II Divizionunda mübarizə aparır.

Komanda hazırda yarış cədvəlinin 5-ci pilləsindədir.

Bundan əvvəl "Rostov", "Ufa", "Kayrat" və "Traktorsazi"nin məşqçilər heyətində yer alan Kiriçenkonun son iş yeri "Soçi" klubu olub.