Millinin sabiq üzvü Yunanıstan klubunda
ÇSKA, "Rubin" və Rusiya millisinin sabiq yarımmüdafiəçisi Alan Dzaqoyev karyerasını Yunanıstanın "Lamiya"sında davam etdirəcək.
Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu klubla müqavilənin şərtlərini razılaşdırıb və cümə axşamı, sentyabrın 28-də Yunanıstana gəlməlidir.
2023-cü ilin iyulundan Dzaqoev azad agentdir. 2022/23 mövsümündə yarımmüdafiəçi “Rubin”in heyətində 20 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.