Millinin üzvü 2-ci Bundesliqada
"Başakşəhər"in futbolçusu Ahmet Kutucu yenidən Almaniyada oynayacaq.
Sportline.az xəbər verir ki, türkiyəli hücumçu "Sandhauzen"lə anlaşıb. 2-ci Bundesliqa təmsilçisi Kutucunun 2022/2023 mövsümünü komandada icarə əsasında çıxış edəcəyini açıqlayıb.
Türkiyə millisinin üzvü olan 22 yaşkı futbolçu "Şalke"nin yetirməsidir. O, 2021-ci ildə "Herakles"də də çıxış edib.