Modriç Mbappe haqqında

"Real"ın futbolçusu Luka Modriç PSJ-nin hücumçusu Kilian Mbappenin Paris klubunda qalmaq qərarından danışıb.

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Sportske"yə açıqlamasında 23 yaşlı futbolçunun "Real"a keçməməsinə təəccübləndiyini, ancaq buna görə Mbappeni qınamalı olmadıqlarını bildirib:

"“Mbappe etdiyini etdi, bu qərarı ilə yaşamalıdır. Həyat orada dayanmır. Hamımız düşünürdük ki, Kilian "Real"a gələcək. Bu baş vermədi. Bəs indi nə olacaq? Hər halda, Mbappeni qərarına görə çarmıxa çəkməyəcəyik.

Kilian böyük futbolçudur, amma məncə, heç bir futbolçu klubdan önəmli ola bilməz. "Real"ın statusu istənilən oyunçudan yüksəkdir və həmişə belə olacaq. Mbappeyə gəlincə, 3-4 ildən sonra nə olacağını heç kim bilmir. Bunu yalnız zaman göstərəcək".

Xatırladaq ki, Mbappenin "Real"a keçməsi gözlənilsə də, o, PSJ ilə yeni 3 illik müqavilə imzalayıb.