MOK-un baş katibi mükafatlandırılıb

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

MOK-un Mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, o, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhvə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, Azər Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.