Monteneqro millisinin qapıçısı dünyasını dəyişib

Monteneqro millisinin və "Milluoll" kubunun qapıçısı Matiya Şarkiç 26 yaşında həyata gözlərini yumub.

Sportline.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Faciəvi hadisə bü gün səhər yaşanıb.

Şarkiç milli komandada 2019-cu ildə debüt etmişdi.Bu məddət ərzində 9 oyuna çıxan qapıçı 2 dəfə qapısını toxunulmaz saxlamışdı.

2023-cü ildə qapıçı "Vulverhempton"dan "Milluoll"a transfer olunmuşdu.

Qeyd edək ki, Şarkiç iyunun 5-də keçirilən Belçika-Monteneqro oyununda iştirak etmişdi.