Morata rəsmən "Milan"ın futbolçusu olub

"Milan" ispaniyalı hücumçu Alvaro Moratanı heyətinə qatdığını açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 31 yaşlı hücumçu İtaliya klubu ilə 4+1 illik müqavilə imzalayıb.

Morata yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Təcrübəli oyunçu daha əvvəl "Real Madrid", "Yuventus", "Çelsi" və "Atletiko" Madrid komandasında forma geyinib.

Qeyd edək ki, İspaniya millisində 80 oyun keçirən Moratanın aktivində 36 qol var.