Moratanın arzusu
"Atletiko Madrid"in hücumçusu Alvaro Morata La Liqanın 6-cı turunda "Real" üzərində qazanılan qələbəni (3:1) şərh edib.
Sportline.az xəbər verir ki, Morata bu barədə İspaniya mətbuatına açıqlama verib.
“Hər kəs üçün çox xoşbəxtəm və bunu ötən gün müsahibəmdə demişəm. Azarkeşlər ən vacib rolu oynamalı idilər və belə oldu. Biz bir yerdəyik: futbolçular meydanda, onlar isə tribunada. Biz futbol oynamalıyıq və bunu çox yaxşı bacarırıq. Bu komandalara qarşı 150 faizlə oynaya bilməzsən - bir az özünə gəlmək lazımdır. Özümü vacib hiss etməliyəm və bu il özümü həmişəkindən daha vacib hiss edirəm. Ümid edirəm ki, biz qələbə qazanmağa davam edəcəyik, çünki mən həqiqətən "Atletiko" ilə kubok qazanmaq istəyirəm”, – Morata deyib.