Muarem "Eskişehirspor"la yollarını ayırdı

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem “Eskişehirspor”dan ayrılıb.

SportLine.az xəbər verir ki, bu barədə Qol.Az saytına makedoniyalı yarımmüdafiəçi özü məlumat verib.

O, vaxtını ehtiyatda keçirmək istəmədiyindən bu addımı atdığını bildirib.

Muarem “Qarabağ”a qayıtmaq istərdinmi” sualını belə cavablandırıb: “Qarşıdakı günlərdə bu barədə düşünəcəm. İndi bir az dincəlməliyəm”.

Qeyd edək ki, 2012-2015-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş futbolçu “Eskişehirspor”da cəmi iki rəsmi oyunda meydana çıxıb. Onun yanvara qədər müqaviləsi var idi.