Musiala Messi və Neymarı "uşaqlıq kumirləri" adlandırıb

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala uşaqlıqda hansı futbolçuları bəyəndiyini danışıb.

Sportline.az xəbər verir ki, 20 yaşlı alman futbolçu "İnter Mayami"nin hücumçusu Lionel Messi və "Əl-Hilal"ın hücumçusu Neymarı xüsusi qeyd edib.

“Onlar həmişə meydanda böyük sevinc gətirirdilər. Onların topu driblinq etmə tərzi, əyləncə amili, mənim həmişə onlardan xoşum gəlirdi. Mən də öz oyunumla azarkeşləri əyləndirmək istəyirəm”, - deyə Musiala “One Football” nəşrinə açıqlama verib.