Mxitaryan rəsmən "İnter"də

Erməni futbolçu Henrik Mxitaryan “İnter”ə keçib.

Sportline.az xəbər verir ki, bu barədə A seriyasının rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi azad agent kimi Milan klubuna transfer olunub. Onunla 2024-cü ilin iyunun sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mxitaryanın son klubu “Roma” olub.