"Napoli" baş məşqçi postuna Antonio Kontenin gətirildiyini açıqladı
İtaliyanın "Napoli" klubu rəsmi saytında Antonio Kontenin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, tərəflər arasında müqavilə 2027-ci ilə qədər imzalanıb.
54 yaşlı mütəxəssisin son iş yeri 2021-ci ildən 2023-cü ilə qədər çalışdırdığı "Tottenhem" olub.
Daha əvvəl mətbuatda "Napoli"nin Konte təyin olunacağı təqdirdə yayda transferlər üçün ona 230 milyon avro ayırmağa hazır olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, 2023/2024 mövsümünün sonunda "Napoli" İtaliya A Seriyasını 53 xalla 10-cu yerdə başa vurub.