"Napoli" ulduz futbolçu ilə müqaviləni uzatmaq istəyir

"Napoli"nin idman direktoru Covanni Manna yarımmüdafiəçi Xviça Kvaratsxeliya ilə mümkün müqavilənin uzadılması haqda danışıb.

Sportline.az xəbər verir ki, Sky Sport nəşri Mannanın sözlərinə bu cür yer verib.

"Xviçanın hələ 3 il müqaviləsi var. Kvara ilə maraqlanan futbolçular var idi, lakin biz onunla yola davam etmək istədik. 

İndi biz onun meneceri ilə müqavilənin uzadılması barədə danışıqlar aparırıq" deyə Neapol klubunun idman direktoru bildirib.

Qeyd edək ki, PSJ daha əvvəl gürcüstanlı futbolçu üçün İtaliya klubuna rəsmi təklif göndərmişdi.