"Napoli" və "Əl Əhli" Osimhenin transferi üçün anlaşmağa yaxındır

"Napoli"nin ulduz futbolçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, neapollular və "Əl-Əhli" futbolçunun 65 milyon avroya transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Xəbərdə bildirilir ki, hazırda futbolçu ilə şəxsi razılıq əldə olunmayıb. Klubdan yüksək maaş istəyən Osimhen həmçinin müqaviləyə kompensasiya bəndinin daxil edilməsini tələb edir.

Qeyd edək ki, ötən mövsüm İtaliya klubu ilə 32 oyuna çıxan futbolçu 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.