"Napoli"nin 2024/2025 mövsümü üçün səfər forması təqdim olunub

"Napoli" qarşıdan gələn mövsüm üçün səfər formasının təqdimatını keçirib.

Sportline.az İtaliya klubunun rəsmi saytına istinadla xəbər verir ki, yeni giyafənin texniki sponsoru Emporio Armani brendidir, köynəyin döş hissəsində onun EA7 idman xəttinin loqosu işlənmişdir. Forma tünd göy rəngli əlavələrlə ağ rəngdə hazırlanmışdır.

Qeyd edək ki, Neapol təmsilçisi ötən mövsüm A Seriyasında 10-cu yeri tutub.Komandaya yeni sezonda məhşur mütəxəssis Antonio Konte rəhbərlik edəcək.

Banner