"Napoli"nin gözü "Benfika"nın üzərindədir
"Napoli" "Benfika"nın futbolçusu Riçard Riosu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 30 milyon avrodur.
Bu haqda "Sky İtalia" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Rios cari mövsüm meydana çıxdığı 40 oyunda 5 qol, 5 məhsuldar ötürmə müəllifi olub.