Nazarov 90 dəqiqə oynadı, komandası xalsız qaldı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Qroyter Furt" kollektivi olub. Qarşılaşma "Qroyter Furt"un qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov matça start heyətində başlayıb və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Ertsqebirge Aue" 13 xalla 18 komanda arasında 10-cudur.