Nazarov oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya Kubokunda "Vizbaden"lə qarşılaşıb. SportLine.az xəbər verir ki, səfərdə keçirilən görüş məğlubiyyətlə yekunlaşıb - 0:2.

D.Nazarov matça start heyətində daxil olub və 90 dəqiqə oynayıb. Yarımmüdafiəçi 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanmaqla fərqlənib.