Nazarov zədələndi
Azərbaycan millisinin üzvü Dmitri Nazarov zədələnib. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Ertsqebirge Aue" klubu məlumat yayıb.
Xəbərdə futbolçunun zədə səbəbilə komandanın Avstriya toplanışını yarımçıq tərk etdiyi qeyd olunub.
Yarımmüdafiəçinin sol ayağında problem olduğu və ehtiyac olacağı təqdirdə əməliyyat olunacağı deyilib. D.Nazarovun hansı müddətə yaşıl meydanlardan kənar qaldığı bildirilməyib.