Nazarovun vəziyyətinə aydınlıq gəldi
"Ertsqebirge Aue" klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, təlim-məşq toplanışı vaxtı zədələnən futbolçu əməliyyat olunmayacaq.
Məşqçi Robin Lenkin açıqlamasına görə, 27 yaşlı hücumçunun baş barmağındakı zədənin elə də ciddi olmadığı müəyyənləşib. O, yarımmüdafiəçinin tezliklə komandaya qoşulacağını sözlərinə əlavə edib.