"Neftçi" Antalyaya yeni legioneri ilə yollanır
Yanvarın 17-də Antalyaya yollanacaq "Neftçi"nin təlim-məşq toplanışında Daniel Seqovia ilə Mateo Mujek iştirak etməyəcək. Sportline.az xəbər verir ki, bu futbolçularla yollar ayrılacaq.
Hazırda Bakıda olan Fransisko Xavyer Qarsiya ilə isə, sonradan daha bir il uzadıla bilməsi şərtilə yarım illik müqavilə bağlanılacaq. Paraqvaylı sol cinah yarımmüdafiəçisi ilə yanaşı, Antalyaya əvəzedici komandadan Elçin Əsədov, Elvin Sərkərov və Fərid Abbaslı da aparılacaq.
Qeyd edək ki, yanvarın 31-dək davam edəcək hazırlıq prosesi müddətində "Neftçi" yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, yanvarın 27-də Rusiyanın "Krılya Sovetov”, yanvarın 30-da isə Makedoniyanın "Sileks” klubu ilə yoxlama oyunu keçirəcək.