"Neftçi" - "Aris" görüşünün hakimi açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Aris" görüşünə hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın kiprlilərlə ev oyunu almaniyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Bastian Dankert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Eduard Baytinqer kömək edəcək.

Dördüncü hakim funksiyasını Sven Yablonski yerinə yetirəcək.

"Neftçi" - "Aris" matçı iyulun 28-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.