"Neftçi" futbolçusunu geri qaytarır
"Neftçi" klubu Mert Çeliki yenidən heyətə qatacaq.
Sportline.az xəbər verir ki, "ağ-qaralar" 22 yaşlı müdafiəçini yenidən müqavilə ilə məxsus olduğu "Başakşəhər"dən icarəyə götürəcək.
Tərəflər arasında anlaşmaya əsasən "Neftçi" Mert Çeliki 1 illik icarəyə götürəcək.
Azərbaycan millisinin üzvü 2020-ci ildən ötən mövsümün sonuna qədər "Neftçi"də çıxış etdikdən sonra bu yay "Başakşəhər"ə qayıtmışdı.