"Neftçi" İsrail millisinin sabiq futbolçusu ilə maraqlanır

"Neftçi" İsrailin "Aşdod" klubu ilə müqaviləsi başa çatan Ataa Caberlə maraqlanır.

Sportline.az "Report"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu agentlər vasitəsilə "ağ-qaralar"a təklif olunub.

Təcrübəli yarımmüdafiəçinin məsələsinə Bakı klubunun yeni baş məşqçisi bəlli olduqdan sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.