"Neftçi" legioneri ilə vidalaşdı

"Neftçi" Ramon Maçado ilə yolları ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

"Ağ-qaralar" 27 yaşlı forvarda təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.