"Neftçi" növbəti legioner transferinə hazırlaşır
"Neftçi" İsrailin "Aşdod" klubundan daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.
Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı yarımmüdafiəçi Kenni Sayefi transfer edib.
İddiaya görə, ABŞ və İsrail vətəndaşlığı olan təcrübəli oyunçu Bakı klubu ilə müqavilə imzalamaq üçün Azərbaycana gələcək.
Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib.
"Neftçi" ötən gün "Aşdod"un digər yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.