"Qarabağ" “Neftçi”ni məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsi başlanacaq. 

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq.

"Neftçi" doğma meydanda yarışın əsas favoriti sayılan "Qarabağ"ı qəbul edəcək.

Yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" oyunu sabah keçiriləcək. Cavab oyunları isə aprelin 24-də olacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun
2 aprel

20:00 "Neftçi" - "Qarabağ" 0:4 
Qol: Toral Bayramov, 14 (pen), 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Bakı, "Neftçi Arena" stadionu