“Neftçi” Samir Abasovla yollarını ayırdı - 2 namizəd var
“Neftçi” baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun Müşahidə Şurasının bu gün baş tutan iclasında qərar qəbul olunub.
Abasovla müddəti bitən müqavilənin yenilənməməsi qərara alınıb.
Yeni baş məşqçinin kim olacağı ilə bağlı qərar iyunun 14-də veriləcək. Hazırda 2 əcnəbi namizəd qalıb. Onlardan biri Vitali Qonçarenko, digərinin isə Yuri Vernidubdu.