"Neftçi" Türkiyəyə bu heyətlə yollanır

"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışına yollanan futbolçuların adlarını açıqlayıb.

Sportline.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampf hazırlıq prosesini 23 oyunçu ilə başlayacaq.

"Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda əvvəlcə, iyulun 6-da "Sakaryaspor"la üz-üzə gələcək.

Qeyd edək ki, paytaxt təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.