"Neftçi" və "Turan Tovuz"un potensial rəqibləri
Konfrans Liqasının təsnifat mərhələsində iştirak edəcək "Neftçi" və "Turan Tovuz"un növbəti potensial rəqibləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, “Neftçi”nin daha üç potensial rəqibi bunlardır: “Velej Mostar”(Bosniya və Herseqovina), “Dinamo Siti”(Albaniya) və “Mondorf-le Ben”(Lüksemburq).
Beləliklə, səpələnməmişlər sırasında yer alacaq “Neftçi” püşkatmada çıxa biləcək 26 potensial rəqibdən 23-nü artıq öyrənib:
"Velej Mostar” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlveş” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnas Kuey” (Uels), “Styarnan” (İslandiya), “Avropa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malışeva” (Kosovo), “Elimai” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar-Bar” (Monteneqro), “Marsaşlokk”(Malta), “Nomme Kalyu” (Estoniya), “Karnarfon” (Uels) və “Mondorf-le-Ben”(Lüksemburq).
Birinci mərhələnin püşkatması 16 iyunda, oyunlar isə 9 və 16 iyulda keçiriləcək.
Turnirə 2-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər siyahısında yer alacaq “Turan Tovz”un daha 7 potensial rəqibi bəlli olub: “Ayaks” (Niderland), “Rakov” (Polşa), “Başakşehir” (Türkiyə), “Katovitse” (Polşa), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları) və “Sion” (İsveçrə).
Beləliklə, hazırda "Turan Tovuz"un 42 potensial rəqibindən 23-ü məlumdur: “Ayaks” (Hollandiya), “Kopenhagen” (Danimarka), “Panatinaikos” (Yunanıstan), “Rakov” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Başakşehir” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Cluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski Mostar”(Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austriya” (Avstriya), “Katovitse” (Polşa), “Vaduts” (Lixtenşteyn), “Norşalland” (Danimarka), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları) və Sion (İsveçrə).
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatması 17 iyunda, oyunlar isə 23 və 30 iyulda keçiriləcək.
sportal.az