"Neftçi"dən ayrılan hücumçunun yeni klubu bəlli olub
Ötən ayın sonunda "Neftçi"dən ayrılan braziliyalı futbolçu Tiaqo Bezerra Səudiyyə Ərəbistanının "Əl-Aruba" klomandasına keçib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Əl-Cauf təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra 25 oyunda 10 qol vurub. 35 yaşlı forvard "Neftçi"nin ən məhsuldar futbolçusu olub.