“Neftçi”nin futbolçusu milliyə qələbə qazandırdı

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
 
Sportline.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda “Neftçi”nin hücumçusu Prins İbaranın çıxış etdiyi Konqo yığması Esvatini ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan İbara qələbədə böyük pay sahibi olub. 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə edib.
 
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb.