"Neftçi"nin heyəti yenilənəcək
"Neftçi"nin idman direktoru Zaur Əzizov baş məşqçi Laurensiu Reqekampfım mətbuat konfransında transferlər haqda danışıb.
Sportline.az xəbər verir ki, klub rəsmisi bunları qeyd edib:
“Yeni futbolçularla bağlı çalışmalar başlayıb. Baş məşqçimizlə də bu haqda danışırıq. İlkin razılıq əldə etdiyimiz futbolçular var. Yeni transferlərin uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Əminlik olmasa, onlarla müqavilə imzalamarıq”.
Azər Əliyev məsələsi kifayət qədər uzandı. Qısa müddətdə həllini tapacaq. Komandada kimlərin qalacağına gəldikdə, bu gün Ramon Maçado və Tyaqo Bezerra məsələsi ilə bağlı müzakirələr gedir, gün ərzində məsələlər yekunlaşacaq”.