"Neftçi"nin Konfrans Liqasındakı oyunlarının vaxtı bilindi

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubuna qarşı keçirəcəyi oyunların saatı açıqlanıb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın ilk oyunu iyulun 21-də səfərdə olacaq. "AEK Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

İyulun 28-də "Bakcell Arena"da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.