Nərgiz İsmayılova ÇL-in 1/4 finalında

Mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın “Kuçine Lube” və Polşanın “Aluron” komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Bu gün İtaliyada keçiriləcək oyunun hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.