Nevil: "Arsenal”da iki və ya üç təcrübəli oyunçu olmalıdır"
"Mançester Yunayted"in sabiq futbolçusu Qari Nevill "Arsenal" - "Tottenhem" (2:2) matçını şərh edib.
Sportline.az xəbər verir ki, bu barədə mütəxəssis "Sky Sports"a danışıb.
“Mən hazırkı "Arsenal" komandasından soyuqqanlı olmağı istəyirəm və bu, çətindir. Mən ehtiras, eyni zamanda soyuqqanlılıq da görmək istəyirəm. Bu komandada iki və ya üç təcrübəli oyunçu olmalıdır”, - Nevill bildirib.
"Arsenal" İngiltərə çempionatının turnir cədvəlində 14 xalla 5-ci yerdədir. Sentyabrın 30-da Artetanın komandası "Bornmut"un qonağı olacaq.