Neymar PSJ-ni "Real"a dəyişir

Neymar PSJ-ni tərk etmək niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Xəbərə görə, futbolçunun atası bir neçə həftə öncə PSJ rəhbərliyi ilə Neymarın gələcəyini müzakirə edib. Atası braziliyalı hücumçunun "Real"a keçmək istədiyini bildirib. 

Məlumatda qeyd olunub ki, Neymarın atası onun Kriştianu Ronaldu ilə bir komandada oynamaq istədiyini söyləyib. Onun İngiltərədə çıxış etmək, eləcə də, "Bavariya"da oynamaq və "Barselona"ya qayıtmaq variantları olsa da, Neymar "Real"ın formasını geyinmək istəyir. 

Xəbər təstiqini tapsa, Neymar növbəti mövsümdən "Real"ın şərəfini qoruyacaq.