AVRO 2024: Niderland millisinin fanatları oyun öncəsi ingilislərin olduğu bara hücum ediblər
AVRO 2024-də Niderland-İngiltərə oyunundan qabaq xoşa gəlməz hadisələr yaşanıb.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, Niderland millisinin azarkeşləri AVRO 2024-ün yarımfinalda keçiriləcək Niderland-İngiltərə oyunu öncəsi ingilis azarkeşlərin istirahət etdiyi bara hücum ediblər.
Niderland millisi yarımfinala gedən yolda AVRO 2024-ün pley-off mərhələsində Rumıniya (3:0) və Türkiyə (2:1) seçmə komandalarına qalib gəlib. Britaniyalılar 1/8 finalda Slovakiya yığmasını əlavə vaxtda (2:1 ə.v.), 1/4 finalda isə İsveçrəni (1:1, 5:3 penaltilər) penaltilər seriyasında məğlub ediblər.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa Çempionatı iyulun 14-də başa çatacaq.Finalda İspaniya millisi ilə Niderland-İngiltərə cütünün qalibi qarşılaşacaq.