Nikolo Zaniolonun meneceri futbolçunun gələcəyi ilə bağlı açıqlma verib
Nikolo Zaniolonun meneceri futbolçunun gələcəyi ilə bağlı açıqlma verib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərənin "Aston Villa" klubunda icarə əsasında çıxış edən italiyalı futbolçu Nikolo Zaniolonun meneceri futbolçunun karyerası barədə danışarkən :"Zaniolo hər zaman İngiltərə Premyer liqasında çıxış etmək istəyirdi, arzusunu gerçəkləşdirdi. Hələki qarşıda çox zamanı var. İtaliya klublarına keçidi ilə bağlı çıxan xəbərlərə inanmayın. Transfer məsələləri ilə bağlı məlumat almaq istəsəniz mənimlə əlaqə saxlayın",-deyib.
Qeyd edək ki, daha öncə İtaliya mediasında Nikolo Zaniolonun "Latsio" ya da "Napoli" klubuna keçəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.