Novak Cokoviç Cenevrədə keçirilən turnirdə yarımfinala yüksəlib
24 qat Böyük Dəbilqə çempionu, dünya bir nömrəsi, serbiyalı Novak Cokoviç Cenevrədə (İsveçrə) keçirilən ATP-250 gil turnirində yarımfinala yüksəlib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Çokoviç 1/4 finalda hollandiyalı tennisçi Tallon Qriksporu 7:5, 6:1 hesabı ilə məğlub edib.
Görüş 1 saat 18 dəqiqə davam edib.
Qeyd edək ki, Cenevrədə keçiriləcək turnirin finalına çıxmaq üçün Cokoviç dünyanın 44-cü raketkasi, 23 yaşlı çexiyalı Tomaş Maçakla görüşəcək.