"Nyukasl" yeni mövsümün ilk transferini açıqlayıb

Premyer Liqa klublarından "Nyukasl Yunayted" 2024/2025 mövsümünün ilk transferini edib.

Sportline.az xəbər verir ki, "Bornmut"da çıxış edən Loyd Kelli ilə 5 illik müqavilə imzalanıb.

"Nyukasl" oyunçunun keçmiş klubu ilə müqaviləsi başa çatdığı üçün transfer bədəli ödəməyəcək.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm "Bornmut" ilə çıxdığı 25 oyunda 1 qol vurub, 1 asist edib.