"O, 20 milyondan bir futbolçunun edə biləcəyini bacardı"

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Manuel Noyerin milli komandaya qayıdışı haqda fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, Noyerin dönüşünü fövqəladə hadisə kimi qiymətləndirib.

"Noyer 20 milyonda bir futbolçunun bacaracağını reallaşdırdı. Bu inanılmaz nəticədir. Bütün çətinliklərə baxmayaraq uzun bərpa prosesini arxada qoyaraq yenidən sıraya qayıtdı. Milliyə dəvət isə onun üçün əla hədiyyədir", - deyə Tuxel  "Bayern & Germany"yə açıqlamasında bildirib.

Qeyd edək ki, Noyer 2022-ci ildən millidən kənar qalmışdı.