Okan Buruk tarixi rekordun astanasındadır

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk bugün “Hatayspor”la oyunda yeni rekorda imza ata bilər.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılılar" “Hatayspor”la oyunda qalib gələcəyi təqdirdə, Okan Buruk doğma meydanda ardıcıl 19-cu qələbəsini qazanacaq və rekord qıracaq.

Hazırki rekord Okan Burukla birlikdə 18 oyunla Mirça Luçeskuya aiddir.“Qalatasaray” ötən mövsüm son 3, bu mövsüm isə 15 ev oyununda qalib gəlib.

Qeyd edək ki, Okan Buruk rəhbərliyində “Qalatasaray” bu mövsüm yalnız “Hatayspor”a məğlub olub.