Okan Buruk yeni rekorda imza atıb

Ötən gün baş tutan “Qalatasaray”-“Hatayspor” oyununda sarı-qırmızılıların çalışdırıcısı Okan Buruk klub tarixinə düşüb.

Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərliyi altında “Qalatasaray” doğma meydanda ardıcıl 19-cu qələbəsini qazanıb və Mircea Luçeskuya aid olan 18 oyunluq rekordu tarixə qovuşdurub.Matç 1-0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis “Qalatasaray”la ötən mövsüm ardıcıl 14 Super Liqa oyunundan qalib ayrılaraq Türkiyə rekordunun sahibi olmuşdur.