Ölkə çempionatında ilk qaliblər məlum olub

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

Sportline.az xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub.

Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Yarışa mayın 17-də yekun vurulacaq.